Kloppdan yeni göstərici

14.09.2022 19:40 372
Çempionlar Liqası
Çempionlar Liqasının qrup mərhələsində ikinci tura start verilib.

"Liverpul" doğma meydanda "Ayaks"ı məğlub edib - 2:1. Beləliklə, mersisaydlıların baş məşqçisi Yürgen Klopp turnirdə Amsterdam təmsilçisi üzərində 5-ci qələbəsini qazanıb. Niderland klubu ilə matçlarda alman mütəxəssis 100 faizlik nəticə göstərib.