"Kəpəz"də itki

13.09.2022 09:00 311
Premyer-liqa
“Kəpəz” iki günlük istirahətin ardından həftəsonu “Şamaxı”ya qarşı keçirəcəyi oyunun hazırlığına başlayıb.

Football-plus.az xəbər verir ki, bir dəfə məşq edən komanda bu gün və sabah səhər və axşam olmaqla iki dəfə hazırlıq keçəcək.

Hazırlıq prosesləri saat 10 00 və 17.00-a təyin olunub.

Məşqdə zədəli olan Fərid Nəbiyev iştirak etmir. Komandanın digər zədəli futbolçusu Əfran İsmayılov isə kollektivə qoşulub.