MY-nin təklifini rədd etdi, “Ayaks”la müqaviləsini yenilədi

10.09.2022 17:38 313
Dünya futbolu
Edvin van der Sar “Ayaks”la müqaviləsini yeniləyib.

Football-plus.az xəbər verir ki, o, baş direktor vəzifəsini 2025-ci ilin yayına qədər icra edəcək.

Xatırladaq ki, 51 yaşlı funksioner bu yay “Mançester Yunayted”dən aldığı təklifi qəbul etməmişdi. O, Niderland klubunda 2012-ci ilin noyabrından baş direktor vəzifəsində işləyir. Van der Sarın 1990-99-cü illərdə “Ayaks”ın qapısını qoruduğunu da xatırladaq.