Azərbaycan Avropa Kubokunda 3 cüdoçu ilə təmsil olunacaq

15.07.2022 20:53 436
Dünya futbolu
Macarıstanın Paks şəhərində gənclər arasında cüdo üzrə Avropa kuboku keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, 16-17 iyulda baş tutacaq yarışa dünyanın 34 ölkəsindən 387 idmançı qatılacaq.

Azərbaycan yığması bu turnirdə 3 xanım cüdoçu ilə təmsil olunacaq. Cüdoçularımıza məşqçi Vüqar Hüseynov rəhbərlik edəcək.

-52 kq. Rita Əliyeva

-57 kq. Lətifə Abbasova

-78 kq. Nərmin Əmirli

Azərbaycan idmançıları yarışdan sonra Paksda təşkil olunacaq təlim-məşq toplanışına qatılacaqlar.