Nəriman Abbasov UFC-dəki ilk döyüşündə uduzdu

7.09.2022 11:39 435
İdman
Azərbaycanın MMA idmançısı Nəriman Abbasov Las-Veqasda (ABŞ) "Dana White’s Contender Series" (Deyna Vaytın İddiaçılar Seriyası) turnirində ilk döyüşünə çıxıb.

"Football-plus.az" xəbər verir ki, 28 yaşlı idmançı UFC-dəki debütünü braziliyalı İsmael Bonfimə qarşı keçirib. Döyüş Bonfimin (30-27, 30-27, 29-28) qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, Abbasov daha əvvəl “AMC Fight Nights” turnirində Marif Pirayevlə dueldə (30-5) yüngül çəki dərəcəsində çempion titulunu qoruyub.