Nəriman Abbasov UFC-də - Rəqib bilindi

7.07.2022 14:06 532
İdman
Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov UFC-də çıxış edəcək.

"Football-plus.az" xəbər verir ki, artıq onun ilk döyüşünün vaxtı da məlumdu. Bu barədə 28 yaşlı idmançının meneceri Şiraslan Kərimov mətbuat konfransında açıqlama verib.

O bildirib ki, Abbasovun debütü bu il sentyabrın 6-da braziliyalı İsmael Bonfimə qarşı olacaq. Daha bir döyüş dekabrda baş tutacaq. Ümumilikdə Abbasov UFC-də 5 döyüş keçirəcək.