Kşiştof Pyontek yenidən İtaliyada oynayacaq.
“Herta” onu bir mövsümlüyə “Salernitana”ya icarəyə verib. İtaliya klubu polşalı hücumçunu gələn yay daimi əsasda sıralarında saxlamaq hüququna malikdi. Pyontekin A seriyasında daha əvvəl “Cenoa”, “Milan” və “Fiorentina”da çıxış etdiyini xatırladaq.