Villian yenidən premyer-liqada çıxış edəcək.
"Football-plus.az" xəbər verir ki, bir neçə həftə əvvəl “Korintians”la müqaviləsini pozan məşhur braziliyalı futbolçu “Fulhem”lə anlaşıb. Xatırladaq ki, 34 yaşlı yarımmüdafiəçi İngiltərədə daha əvvəl “Çelsi”nin (2013-20) və “Arsenal”ın (2020-21) formasını geyib.