"Qarabağ"ın qrupdakı rəqibləri müəyyənləşdi - YENİLƏNİB

26.08.2022 15:35 849
Avropa Liqası
Bu gün Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb.

"Football-plus.az" xəbər verir ki, Türkiyənin İstanbul şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 15.00-da başlayıb.

Tədbirdə təmsilçimiz "Qarabağ"ın da qrupdakı rəqibləri müəyyənləşib. Ağdam təmsilçisi 2-ci səbətdə yer alıb.

Komandamız G qrupunda mübarizə aparacaq:

1. "Olimpiakos"
2. "Qarabağ"
3. "Frayburq"
4. "Nant"

Qeyd edək ki, qrup mərhələsinin ilk görüşlərinə sentyabrı 8-i start veriləcək.