• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Kənan Karaman Almaniyaya qayıtdı

Dünya futbolu

4-09-2022, 10:0

Ötən sayımızda ''Beşiktaş''lı Sərdar Saatçının ''Braqa''ya keçmək üzrə olduğunu xəbər vermişdik.

Bu transfer artıq rəsmiləşib. ''Qartal'' öz yetirməsi olan gənc müdafiəçinin satışından 2,5 milyon avro qazanıb. Oyunçunun sonrakı satışından əldə olunacaq məbləğin 25 faizi də istanbullulara çatacaq. Sərdar ''Braqa'' ilə beşillik müqavilə imzalayıb. Maraqlıdı ki, portuqaliyalılar müqaviləyə 40 milyon avroluq təzminat maddəsi qoydurublar! ''Beşiktaş''ı tərk edən digər futbolçu isə Kənan Karamandı. 28 yaşlı oyunçu doğulduğu ölkəyə - Almaniyaya qayıtmağa üstünlük verib. O, ''Şalke-04'' ilə üçillik müqavilə imzalayıb. ''Ağ-qaralar'' bu keçiddən pul qazanmayıblar. Çünki Karamanla müqavilə qarşılıqlı şəkildə ləğv olunduqdan sonra futbolçu azad agent statusunda Helzenkirhen klubuna keçib. Qeyd edək ki, daha öncə ''Hoffenhaym'', ''Hannover-96'' və ''Fortuna''nın şərəfini qoruyan Kənan ''Beşiktaş''a ötən yay gəlmişdi. Onun Türkiyə macərasını tam bir fiasko adlandırmaq olar. Heç cür əsas heyət üzvünə çevrilə bilməyən və ümidləri doğrultmayan futbolçu ümumilikdə 35 rəsmi oyuna çıxaraq 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qaldı. Ötən turda ''Sivasspor''la qarşılaşmada sonradan meydana çıxdıqdan sonra fanatlar bu futbolçunu fitə basmışdı. Kənan yeni klubunda Frank Kramerlə yenidən birləşəcək. Onların yolu daha öncə ''Hoffenhaym''da kəsişmişdi.

''Beşiktaş''dan söz düşmüşkən, onu da bildirək ki, həyatının 10 ilini bu kluba həsr edən Oğuzhan Özyakupun yeni klubunun adına aydınlıq gəlib. ''Qartal''la müqavilə müddəti bitən və yeni təklif almadığı üçün ayrılaraq azad agentə çevrilən Oğuzhan əslində ''Antalyaspor''a keçməyə çox yaxın idi. Tərəflər anlaşma əldə etmiş və hətta futbolçu üçün Antalyaya bilet də alınmışdı. Amma Oğuzhanın son anda daha böyük məbləğ tələb etməsi üzündən transfer baş tutmadı. Təcrübəli futbolçu doğulduğu ölkəyə - Niderlanda yollanmağa üstünlük verdi. O, Burak Yılmazın da məsləhəti ilə ''Fortuna''ya keçməyə razılıq verib. Yəni Oğuzhan bundan sonra Yılmazla eyni klubda forma geyəcək. Onlar daha öncə ''Beşiktaş''da da birlikdə top qovublar. Transferin detalları barədə məlumat verilmir.

''Fortuna'' bu mövsüm erediviziyada 4 oyunun hamısında məğlub olub və hazırda sonuncu pillədədi. 2012-dən ''Beşiktaş''da olan 30 yaşlı yarımmüdafiəçi bu 10 ildə 3-ü çempionluq olmaqla 5 titul qazandı.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

2-09-2022, 23:0

“Beşiktaş” bu yay 3-cü yetirməsini satmaq üzrədi

Dünya futbolu

23-07-2022, 10:0

Rıdvan Yılmaz AL-in qalibinə yox, finalçısına yollandı

Dünya futbolu

12-06-2022, 14:0

AL-in son qalibi türkiyəli futbolçu transfer etdi

Dünya futbolu

24-07-2022, 19:0

Türkiyə klubları oyunçu satışından nə qədər qazanıb?

Aktual
“Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
“Cəbrayıl” hələ satılmayıb
Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
“Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
"Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Son xəbərlər
  • Dünən, 23:59
    “Zirə” Kutaisidə dəstəksiz qaldı – Gürcüstanda 269 min azərbaycanlı ola-ola!
  • Dünən, 23:30
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 23:11
    Mundialı antirekordçu kimi tərk edib
  • Dünən, 22:40
    "Qarabağ" - ÇSKA matçı üçün biletlər satışa çıxır
  • Dünən, 22:17
    "Sumqayıt"dan "Şamaxı"ya keçdi
  • Dünən, 21:48
    Bir neçə ay futbolsuz qala bilər
  • Dünən, 21:18
    “Cəbrayıl” hələ satılmayıb
  • Dünən, 20:33
    MY-də yeni qapıçı
  • Dünən, 20:00
    DÇ-də 64 komandanın oynayacağı gözlənilir
  • Dünən, 19:29
    Petkoviç postunda qaldı - DÇ-nin ETİMADI
  • Dünən, 19:03
    Mane beynəlxalq karyerasını başa vurdu - DÇ-nin AYRILIĞI
  • Dünən, 18:40
    Eldəniz Yusubov: “Rəhbərlik hazırda yeni stadion axtarışındadı” - “Araz-Naxçıvan” stadionsuz qaldı
  • Dünən, 18:09
    Zidanın təyinatı zaman məsələsidi
  • Dünən, 17:38
    "Azərlotereya" şirkəti ilə ilkin danışıqlarımız olub" - Elgiz Abbasov
  • Dünən, 17:25
    “Püşkün atılması ilə yeni mübarizənin start götürdüyünü elan edə bilərik” – Sənan Abdullayev
  • Dünən, 17:00
    Azərbaycan kubokunda finalın vaxtı açıqlandı
  • Dünən, 16:35
    Hamıdan yaxşı o oldu
  • Dünən, 16:04
    Baş məşqçi kimi yığmaya qayıtdı - DÇ-nin İSTEFASI
  • Dünən, 15:34
    "Kəpəz"in Gəncəyə qayıdışı təsdiqləndi, "Şamaxı" problemlə üzləşdi
  • Dünən, 15:22
    Premyer-liqada yeni mövsümün püşkü atıldı
  • Dünən, 14:36
    Gözlənilən təyinat rəsmən açıqlandı - DÇ-nin TƏYİNATI
  • Dünən, 14:14
    "Sabah" - KuPS matçını polşalı hakim idarə edəcək
  • Dünən, 13:49
    “Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
  • Dünən, 13:23
    “Neftçi”yə xəbərdarlıq: Minsk “Dinamo”su üçün ev-səfər anlayışı yoxdu!
  • Dünən, 12:54
    “Oley Oley” kampaniyasında ilk avtomobilin sahibi bəlli oldu
  • Dünən, 12:36
    Millimiz Bakıda yoldaşlıq görüşü keçirəcək - rəqib bəllidi
  • Dünən, 12:08
    ''Yeni mövsüm böyük bir meydan oxumaq olacaq'' - Ake ''Fənərbaxça''da ilk günlərin təəssüratını bölüşdü
  • Dünən, 11:35
    Tiav vəzifəsindən azad olundu - DÇ-nin İSTEFASI
  • Dünən, 11:00
    Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
  • Dünən, 10:33
    Mövsümün əvvəlini buraxa bilər - DÇ-nin EHTİMALI
  • Dünən, 10:12
    UEFA reytinqində liderik!
  • Dünən, 09:51
    "İnanıram ki, növbəti matça daha yaxşı formada çıxacağıq" - Qurban Qurbanov
  • Dünən, 09:30
    "Potensial rəqiblər sırasında qarşılaşmaq istəmədiyim iki komandadan biri "Torpedo" idi"
  • Dünən, 09:09
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bəllidi
  • Dünən, 01:50
    "Sabah", "Zirə" və "Qarabağ" avrokubokların 2-ci təsnifat mərhələsində! - YENİLƏNİB
Daha çox
Oxunub: 236
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 235
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 225
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 207
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 160
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 154
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə