Usama İdrissi növbəti dəfə “Sevilya”ya gərək olmayıb.
“Feyenoord” heyətini onunla gücləndirib. Niderland klubu mərakeşli futbolçunu “Sevilya”dan icarəyə götürüb. 26 yaşlı vinger 2022/23 mövsümünü bu status ilə “Feyenoord”da keçirəcək. Usama “Sevilya”ya 2020-ci ilin oktyabrında 12 milyon avroya “Alkmaar”dan transfer olunub.
O, ötən müddətdə icarə əsasında “Kadis”də və “Ayaks”da çıxış edib.