Belarus atleti Kristina Timanovskaya Polşa vətəndaşlığı alıb. 26 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında bildirib. Sprinter "artıq rəsmən polşalıdı" yazıb.
Qeyd edək ki, Timanovskaya ötən ilin yayında Tokioda keçirilmiş Yay Olimpiya Oyunlarında qalmaqalın iştirakçısı olub. Atlet 100 metr və 200 metr məsafələrdə yarışmalı olsa da, 4x400 metr məsafəyə estafet qaçışı üzrə yığmanın heyətinə daxil edilib. İdmançı bu məsafədə ixtisaslaşmadığı üçün sosial şəbəkədə qərara etirazını bildirib. Nəticədə onu Olimpiadanın iştirak ərizəsindən çıxararaq Belarusa qaytarmağa çalışıblar. Beynəlxalq Olimpiya Komitəsi vəziyyəti nəzarətə götürüb. Hadisədən sonra Timanovskaya Polşaya humanitar viza alıb.