Azərbaycanlı idmançı Fransada qızıl medal qazandı

6.07.2022 14:03 313
İdman
Azərbaycan atleti Aleksis Kopello Fransanın Sotteville-les-Rouen şəhərində keçirilmiş beynəlxalq turnirdə qızıl medal qazanıb.

"Football-plus.az" xəbər verir ki, üç təkanla tullanmada çıxış edən 37 yaşlı idmançı “Meeting International de Sotteville 2022” yarışında 16.81 metr nəticə göstərib.

Aleksis Kopello 2017-ci ildən Azərbaycan millisində çıxış edir.