Qadınlardan ibarət millimizin üzvü Milana Rəhimova Latviya Kubokunun qalibi olub.
"Football-plus.az" xəbər verir ki, 22 yaşlı futbolçunun formasını geyindiyi “Riga FC Women” finalda “RFS Women”i 3:0 hesabı ilə məğlub edib.
Riqadakı “LNK Sporta Parks” stadionunda keçirilən qarşılaşmanın ilk hissəsində hesab açılmayıb.
Fasilədən sonra “Riga” üstünlüyünü qola çevirib. Şiori Kato 51-ci dəqiqədə hesabı açıb, Karen Boliva isə 56-cı dəqiqədə penaltini dəqiq yerinə yetirib. Görüşün 75-ci dəqiqəsində vurulan üçüncü qol yekun nəticəni müəyyənləşdirib.
Milana Latviya Kubokunu qazandı
Ölkə futbolu





