Ağdaşlıların “Qəbələ” sevgisi

2.09.2022 15:26 361
Premyer-liqa / Manşet
Premyer-liqanın 4-cü turunun "Qəbələ" - "Sabah" oyununa Ağdaşdan da azarkeşlər təşrif buyurmuşdu.

Görəsən, ağdaşlı futbolsevərlər ilk dəfə "qırmızı-qaralar”a azarkeşlik etməyə gəlirdi? Həmin fanat qrupunun səfərini kim təşkil edib? Bu suallara aydınlıq gətirmək üçün klubun mətbuat katibi Anar Hacı ilə danışdıq:

"Ağdaş bizə yaxın rayon olduğundan onlar tez-tez komandamıza dəstək nümayiş etdirmək üçün stadionumuza gəlirlər. İstər çempionat, istərsə də avrokubok oyunlarında daim yanımızda olublar. Bu onların öz təşəbbüsləridi və bir neçə qrup şəklində təşkilatlanıb matçlarımız olanda Qəbələyə gəlirlər".


ABDULLA İSMAYILOĞLU