23-cü turun əsas hadisəsi Suraxanıda yaşandı.
“Qarabağ” “Şamaxı”nı 8:0 hesabıyla darmadağın etdi. Maraqlı məqamlardan biri də qonaq komandanın azarkeşlərinin biabırçı məğlubiyyətə baxmayaraq, 90 dəqiqə susmaması oldu. Onlar “şirlər”ə sona kimi dəstək verdi. Maraqlıdı ki, Şamaxıdan Bakıya iki avtobus fanat gəlmişdi. Onların səfərini kim təşkil etmişdi?
Bu sualı klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədova ünvanladıq:
[quote]“Əvvəlcə oyuna gələn azarkeşlərimizə təşəkkür edirik. Onların səfərini biz təşkil etmişdik. Növbəti matçlarda da çalışacağıq ki, səfər görüşlərimizdə azarkeşlər olsun. Onlar üçün avtobuslar, klubun bayraqlarını təşkil edəcəyik”. [quote]
İLKİN SULTANLI