Klubun mətbuat katibi Anar Hacı “Football-plus.az” saytına açıqlamasında Elmar Baxşıyevin komandasının bu gün Qəbələyə yollandığını bildirdi. Klub rəsmisi macarların isə sabah gələcəyini söylədi:
“Macarıstan təmsilçisi çarter reysi ilə sabah Qəbələdə olacaq. Qonaqların təxminən 50-yə yaxın nümayəndə heyəti ilə gələcəyi gözlənilir. “Fehervar” rayondakı “Qafqaz Riverside” otelində məskunlaşacaq".
RƏŞAD





