Ronaldonun aqibəti müəyyənləşdi

2.09.2022 15:54 382
Dünya futbolu
Çox çək-çevirdən sonra Kriştiano Ronaldonun “Mançester Yunayted”dəki aqibəti müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu məsələ ilə bağlı Erik ten Haq açıqlama verib.

Baş məşqçi portuqaliyalı futbolçunun komandada qalacağını deyib:

“Ronaldonun gələcəyi artıq bəllidi. Bizə keyfiyyətli futbolçular lazımdı. Və belə oyunçular çox olmalıdı ki, komanda hər matçda eyni səviyyədə çıxış edə bilsin. Van-Bissaka da qalacaq. Bu kompozisiya azı yanvar ayına qədər işləyəcək”.


Qeyd edək ki, Ten Haqın bu açıqlamasından əvvəl əksər futbolçuların Ronaldonun klubdan ayrılmasının tərəfdarı olması barədə xəbər yayılıb.