"Barselona" heyətini gücləndirmək niyyətindədi.
Football-plus.az xəbər verir ki, kataloniyalılar "Arsenal"ın müdafiəçisi Hektor Bellerini transfer etməyi düşünür. Əvvəlki mövsümü icarə əsasında "Betis"də keçirən 27 yaşlı ispaniyalı "Arsenal"dan ayrılmaq istəyir.
Onun "Arsenal"la müqaviləsi 2023-cü il iyunun sonuna kimidi.