• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Belə olan halda səbrli olmaq lazımdı" - Rəşad Sadıqov

Premyer-liqa

26-08-2022, 23:0

Misli premyer-liqasında 4-cü turun növbəti görüşü keçirilib.

"Neftçi" "Zirə"ni qəbul edib. Meydan sahibləri görüşdən 2:1 hesablı qələbə ilə ayrılıb. Oyundan sonra qonaqların baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib. Mütəxəssis fikirlərini bölüşüb:

"Qol epizodlarının sayı çox olmasa da, maraqlı oyunun şahidi olduq. Meydanda əsl mübarizə gedirdi. Matça ilk 15-20 dəqiqədə passiv başladıq. Bu da təbiidi. Gözləyirdik ki, "Neftçi" ilk dəqiqələrdə üstünlük yaratmağa çalışacaq. Həmin dəqiqələrdə də fərqləndilər. Amma ondan sonra daha aktiv oynamağa başladıq və hesabı bərabərləşdirdik. Bundan sonra "Neftçi" daha böyük qüvvə ilə irəli atılmağa başladı. Biz də müdafiədə olan boşluqlardan istifadə etməyə çalışırdıq. Qol epizodu da yaratdıq, sadəcə olaraq istifadə edə bilmədik. İkinci hissənin fərqi onda idi ki, biz qol epizodundan istifadə edə bilmədik, onlar etdilər. Ümumiyyətlə mövsüm başlayandan qapımızda nə qol vəziyyəti yaranıbsa, hamısı qolla nəticələnib. Belə olan halda səbrli olmaq lazımdı, yolumuza davam etməliyik. Ümumən futbolçuların göstərdiyi mübarizədən razı qaldım".


O, jurnalistlərin suallarını da cavablandırıb:

- Təmin Xəlilzadə və İlkin Muradovun bağışlanması gözlənilir?

- Yaxın müddətdə gözlənilmir. Amma gələcəkdə ola bilər ki, birlikdə işləyək. Mən onlara hörmətsizlik etməmişəm. Sadəcə olaraq gedişat bunu tələb edirdi və mən o addımı atmışam. Söhbət səhvin böyüklüyündən, kiçikliyindən getmir. Söhbət məsələnin davamiyyətli olmasından gedir. Hər hansı məsələ düzəlmirsə, artıq tədbir görmək lazımdı. Biz də tədbir gördük. Ola bilər ki, onlar gələcək karyeralarında bu məsələni aradan qaldırsınlar və biz də bir yerdə çalışaq.

- Bildirdiz ki, qapınız qarşısında yaranan epizodlar qolla nəticələnir. Bunu aradan qaldırmaq üçün hansı çıxış yolunu düşünürsüz?
- "Sabah"la oyunun ilk hissəsində iki epizod qolla nəticələndi. Bu gün qapımıza iki təhlükəli zərbə qolla bitdi. "Makkabi" ilə matçda iki zərbə qolla nəticələndi. Mövsüm ərzində belə halla baş verir. Sən qol epizodu yaradırsan, vura bilmirsən, sənə qarşı olan epizodlar isə qolla nəticələnir. Belə məqamda səbrli olmaq lazımdı. Uzun marafondu. Xüsusilə də bu il oyunların sayı çoxdu. Mövsümün əvvəlidi. Futbolçuların demək olar ki, əksəriyyəti optimal formada deyil. Bu, başadüşüləndi. 7-8-9-cu turlardan sonra ideal formalarını bərpa edəcəklər.

- Cəlal Hüseynovu icarəyə verdiz, Təmkinlə İlkin transferə çıxarılıb. Özünüz də başa düşürsüz ki, yerli futbolçularla nəticə qazanmaq çətindi?
- Yerli futbolçularda oyun baxımından heç bir problem yoxdu. Ötən mövsümdə medallar uğrunda mübarizə aparan komandalardan ən çox yerli futbolçu oynadan məşqçi bəlkə də mən olmuşam. Konfrans Liqasına 8 yerli oyunçu ilə çıxmışıq. Məsələ davamiyyət, stabillikdi. Bizim yeganə problemimiz stabilliyi qoruyub saxlamaqdı, zamanla məndə də bu problem olub. Yerli futbolçulardan istədiyim odu ki, hər hansı problem olanda dərhal reaksiya versinlər. Hansısa futbolçu fikirləşirsə, biz üçüncü yeri tutduq, işimiz bitdi. Belə olmaz. Mən ümumiyyətlə ambisiyalı, qarşısına böyük hədəf qoyan idmançıları sevirəm. Əgər bir idmançı qarşısına böyük hədəflər qoymayıbsa, nəticələr davamlı olmayacaq. Potensial olaraq onları heç bir legionerdən geri hesab etmirəm. Sadəcə olaraq biz də məcburuq ki, komandada rəqabət yaradaq, heyəti genişləndirək. Mənim üçün yerli və ya legioner fərqi yoxdu. Təbii ki, milliyə namizəd gənclər görəndə onlara qayğı göstəririk. Amma onlar qarşılığını verməlidi. Qarşılığı mənim üçün 15 qol vurmaq, kuboklar qaldırmaq deyil. Hörmət istəyirəm. Özünə, işinə hörmət etməlidi. Nəticəyə ac olmaq lazımdı. Mən özüm çempion olmuşam, yenə çempionluq istəmişəm. Avrokubokların qrupunda oynamışam, yenə istəmişəm.

- İntizam Komitəsinin sizə xəbərdarlıq etməsi ilə bağlı fikriniz necədi?
- Hər hansı fikir bildirmək istəmirəm. Oyundan 2-3 saat əvvəl xəbərim oldu. Nəzərə alacağıq. Əslində oyunboyu hakimə heç bir etirazım olmayıb. Həmin vaxtda da ona görə etiraz edirdim ki, mənim fikrimcə epizoda baxılmayacaqdı. Əsas istəyim epizoda baxılması idi. Monitor qabağımızda idi. Görürdük ki, epizodun əvvəli göstərilmir. Belə görüldü ki, Rəşada etiraz etmək olmaz. Nəzərə alarıq.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

21-08-2022, 20:0

"Oyunboyu müdafiə olunduğumuzu demək doğru olmazdı" - Yaşar Vahabzadə

Premyer-liqa

14-08-2022, 21:0

“Bizə vaxt lazımdı” - Vüqar Əsgərli

Premyer-liqa

9-04-2022, 19:0

"Rəqibin bizdən yeganə üstünlüyü əlinə düşən fürsətlərdən istifadə etməsi idi" - Rəşad Sadıqov

Aktual
“Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
“O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Son xəbərlər
  • Dünən, 23:54
    "Keyfiyyətli komanda olduğumuzu göstərməliyik" - Valdas Dambrauskas
  • Dünən, 23:16
    "Şamaxı" portuqaliyalı futbolçu transfer etdi
  • Dünən, 22:27
    “80 dəqiqə ərzində ilk qolu vura bilsək, oyun tam yenidən başlayacaq” - “Nyu Seynts”in baş məşqçisi
  • Dünən, 22:23
    “Turan Tovuz”un rəqiblərindən biri bilindi
  • Dünən, 21:27
    “Sumqayıt” Kandidoda nə tapdı? – hər klubda orta hesabla 8 ay çalışıb...
  • Dünən, 20:51
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:20
    "Kəpəz" sabiq qapıçısını qaytardı
  • Dünən, 19:49
    ''Fənərbaxça'' Qrinvudu nə üçün açıqlamır?
  • Dünən, 19:18
    Arda Turan ''Şaxtyor''a iki psixoloq dəvət etdi
  • Dünən, 18:47
    ''Qalatasaray'' yayın ilk transferini bitirməyə yaxındı
  • Dünən, 18:16
    ''Fənər'' yoxlama oyunlarında qollardan doymur
  • Dünən, 17:47
    “O, bəlkə də Cəlalı bizdən çox izləyib” – Erkin İbrahimov “Petrolul”da nə görüb?
  • Dünən, 17:29
    "Qəbələ"nin sabiq futbolçusu "Olimpiakos"da
  • Dünən, 16:58
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 16:27
    "Baku Sporting" hücumçu transfer etdi
  • Dünən, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Dünən, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Dünən, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Dünən, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Dünən, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Dünən, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Dünən, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Dünən, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Dünən, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Dünən, 11:54
    Millimiz rekorda imza atdı
  • Dünən, 11:23
    Hamını arxada qoydu
  • Dünən, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Dünən, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Dünən, 10:00
    Lissabondan Madridə üz tutdu
  • 12-07-2026, 23:0
    Klubu ilə yenidən anlaşdı
  • 12-07-2026, 23:0
    Kapitan “gəmini” tərk etməyəcək
  • 12-07-2026, 22:0
    Son çempiondan unikal göstərici
  • 12-07-2026, 22:0
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • 12-07-2026, 22:0
    Dortmundu tərk etməyə yaxındır
  • 12-07-2026, 21:0
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
Daha çox
Oxunub: 215
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 200
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 155
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə