Rizvan Fərzəliyev karyerası ilə bağlı qərar verdi – AÇIQLAMA

25.08.2022 17:25 1 126
Ölkə futbolu
Uzun müddət “Araz-Naxçıvan”da çıxış edən Rizvan Fərzəliyevin milli karyerasını başa vurduğunu xəbər vermişdik.

2003-cü ildən etibarən bu komandanın uğurları üçün çalışan 38 yaşlı futzalçı karyerasına məşqçi kimi davam etmək ehtimalının böyük olduğunu bildirmişdi.
Məlum olduğu kimi, minifutbol üzrə Çempionlar Liqasında ölkəmizi “Beerbaşa” təmsil edəcək. Bu komandanın baş məşqçisi isə Rizvan Fərzəliyevdi. Maraqlıdı, gənc mütəxəssis peşəkar karyerasını başa vurub? Bu haqda məlumat almaq üçün onunla əlaqə saxladıq. Fərzəliyevin “Football-plus.az” saytına açıqlaması belə oldu:

“Neçə illərdi məşqçilik edirdim. Məşqçi kimi çempionluğum da var. 14 dəfə çempionluq yaşamışam. İndi isə peşəkar karyeramı bitirdim. Son mövsümdən sonra bu qərarı verdim. Artıq “Beerbaşa”da ikinci ildi çalışıram. Ayrı-ayrılıqda keçirilən çempionatlarda bu komanda ilə 5 dəfə çempion olmuşam”.

ŞAİR ABDULLA