UEFA-nın klub reytinqi açıqlanıb.
Football-plus.az xəbər verir ki, cədvəldə 7 Azərbaycan klubu yer alıb.
21,500 əmsala malik "Qarabağ" 65-ci pillədə yer alıb. Çempionumuz mövqeyini qoruyub.
“Neftçi” isə irəliləyişə nail olub. Əmsalını 9,000-a çatdıran bakılılar 145-ci yerə qədər irəliləyib. Paytaxt təmsilçisi bu mövqeyi digər 5 klubla bölüşür.
Digər 5 klubumuz geriləyib. 286-cı yerə enən “Qəbələ”nin 4,000 əmsalı var. “Şamaxı” 3,000 əmsalla 303-cüdü. “Zirə”, “Səbail”, “Sumqayıt” isə 2,775 əmsalla 345-ci pillədədi.
Qeyd edək ki, cədvələ 116,000 əmsalla malik “Mançester Siti” başçılıq edir.