Portuqaliya millisinin üzvü "Arsenal"ın hədəfində

22.08.2022 17:42 360
Dünya futbolu
"Arsenal" "Vulverhempton"un futbolçusu Pedru Netunu transfer etmək istəyir.

"Football-plus.az" "The Athletic"ə istinadən xəbər verir ki, tərəflər bir müddətdir, danışıqları davam etdirir. "Canavarlar" əsas heyət üzvünü əldən buraxmaq istəmir. "Topçular" onları razı salmaq üçün cəhdləri davam etdirir.

Portuqaliya millisinin üzvü 2019-cu ildən "Vulverhempton"da çıxış edir."Transfermarkt"a görə, 22 yaşlı vingerin qiyməti 32 milyon avrodu.