• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Görürdük ki, artıq yeni təkana ehtiyac var” - İlham Əliyev

İdman

22-08-2022, 13:0

“Siz də yaxşı bilirsiniz ki, son vaxtlar bir neçə federasiyada dəyişikliklər baş verdi. Bu, təbiidir, bu, qaçılmaz idi. Çünki bəzi federasiyalarda mən görürdüm ki, artıq durğunluq hökm sürür, nəticələr əldə edilmir, bəzi idmançılarımız, ümumiyyətlə, beynəlxalq yarışlardan məhrum edilmişlər. Müvafiq beynəlxalq idman qurumları onları, bütövlükdə federasiyaları cəzalandırırdılar, bəzi hallarda əsaslı, bəzi hallarda əsassız. Amma əfsuslar olsun, bu hallar baş verib və görürdük ki, artıq yeni təkana ehtiyac var”.

"Football-plus.az" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev bu gün 5-ci İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşündə deyib.

O həmçinin bildirib:

“Bu yaxınlarda federasiyalarda və eyni zamanda, Gənclər və İdman Nazirliyində baş vermiş dəyişikliklər əminəm ki, həm idmançılar, həm də idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir, çünki nəticələr göz qabağındadır. Çünki idmana cavabdehlik daşıyan qurumlar idmançılarla daim bir yerdə olmalıdırlar, hər bir idmançını tanımalıdırlar, onun problemləri ilə məşğul olmalıdırlar. Mən görürəm ki, edilmiş dəyişikliklər nəticəsində hazırda nəticələr də var və olacaq. Əsas odur ki, Azərbaycanın idman ictimaiyyəti belə mütəşəkkil qüvvə kimi bir nöqtəyə vursun. Hər zaman bu, diqqət mərkəzində olan məsələ idi ki, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyalar, klublar, idman cəmiyyətləri bir nöqtəyə vursunlar, komanda şəklində fəaliyyət göstərsinlər və birlik olsun. Çünki mən 1997-ci ildən Milli Olimpiya Komitəsinin prezidentiyəm və bilirəm, hansı ölkələrdə hansı proseslər baş verir. Bir çox hallarda idmana cavabdehlik daşıyan qurumlar arasında birlik yoxdur, əksinə, ziddiyyətlər var. Bizdə isə bu birlik var və bu, hesab edirəm ki, uğurlarımızın əsas şərtlərindən biridir”.


Prezident onu da deyib ki, peşəkar idmançıları yetişdirmək asan məsələ deyil və məşqçilər, idman mütəxəssisləri çox böyük əmək sərf edirlər, seleksiya işləri çox düzgün aparılmalıdır:

“Bizim bölgələrimizdə çox böyük istedadlar var, uşaqlar, yeniyetmələr, sadəcə olaraq, onları seçib tapmaq, idmana cəlb etmək lazımdır. Bu gün Azərbaycanda idmana və xüsusilə idmançılara olan münasibət əminəm ki, gəncləri, uşaqları da idman bölmələrinə gətirəcək. Çünki həm idmanla məşğul olmaq üçün şərait var,- təkcə bölgələrdə 50-yə yaxın olimpiya idman kompleksi fəaliyyət göstərir,- biz Bakıda Avropa Oyunlarını, dünya çempionatlarını keçirmişik. Yəni, bütün imkanlar var və idman bölmələrinə gələn uşaqları seçib onları yetişdirmək lazımdır, həm güclü idmançı kimi, həm ləyaqətli vətəndaş kimi. Bu da çox vacib məsələdir. Mən çox şadam, çox sevinirəm ki, bizim idmançılarımız, ölkəmizi dünyada ləyaqətlə təmsil edən idmançılar məişətdə də nümunəvi davranışla fərqlənirlər. Bu, çox vacibdir. Həm təvazökarlıq, həm Vətənə bağlılıq, milli dəyərlərə bağlılıq, fiziki güc, mənəvi güc. Çünki fiziki güc, necə deyərlər, mənəvi gücü də gücləndirir.

Oyunlardan sonra isə əlbəttə ki, istirahət dövrü olmalıdır, amma çox çəkməməlidir, çünki qarşıda Yay Olimpiya Oyunları durur, o qədər də çox vaxt qalmayıb, cəmi 2 il qalıb. Ona görə yaxın aylarda artıq hazırlığa başlanmaq lazımdır, ondan sonra təsnifat turnirləri başlayacaq, komandamız formalaşacaq. Hesab edirəm ki, indi bütün idman qurumlarının əsas məqsədi Yay Olimpiya Oyunlarına hazırlıq olmalıdır. Mən əminəm ki, bütün idman qurumları burada da öz vəzifə borclarını bilirlər, yaxşı dərk edirlər və beləliklə, Yay Olimpiya Oyunlarında biz ölkəmizi ləyaqətlə təmsil edəcəyik”.

Paylaş:
Digər xəbərlər

İdman

9-08-2022, 17:0

İlham Əliyev İslamiadada ölkəmizi təmsil edən idmançılarla görüşdü

Yığma

14-06-2022, 17:0

"Bu qələbə Azərbaycan idmanının tarixində qalacaq" - İlham Əliyev

Aktual
“Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
“Cəzanın aradan qaldırılması fərdi şəkildə edə biləcəyim məsələ deyil” - Nurlan İbrahimov hardadı?
"Turan Tovuz" üçün yeni sponsor - "Peak Eye" kluba 2 milyon dollar ayıracaq!
“Zaqatala”nın fəaliyyətini davam etdirməsi üçün böyük fədakarlıq lazımdı” – bölgə klubu acınacaqlı durumda
“Orhus” ev oyunu üçün bütün biletləri satdı – “Sabah”ı dolu tribunalar gözləyir
13 yaşlı futbolçunun ölümünün komanda ilə əlaqəsi yoxdu
Son xəbərlər
  • Dünən, 23:25
    "Siz daha güclü və dinamik "Turan Tovuz"u görəcəksiniz" - Ehtiram Quliyev
  • Dünən, 23:07
    “Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
  • Dünən, 22:59
    “Cəzanın aradan qaldırılması fərdi şəkildə edə biləcəyim məsələ deyil” - Nurlan İbrahimov hardadı?
  • Dünən, 22:12
    "Oyuna həqiqətən də çox ciddi və yaxşı hazırlaşmışıq" - Valdas Dambrauskas
  • Dünən, 21:36
    "Bizi güclü rəqib gözləyir" - "Orhus"un baş məşqçisi
  • Dünən, 21:15
    “Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
  • Dünən, 20:51
    "Şamaxı" "Qəbələ"yə qalib gəldi
  • Dünən, 20:15
    Almaniyaya qayıtdı
  • Dünən, 19:46
    "Turan Tovuz" üçün yeni sponsor - "Peak Eye" kluba 2 milyon dollar ayıracaq!
  • Dünən, 19:26
    "Zaqatala"nın baş məşqçisi açıqlandı
  • Dünən, 19:00
    “Zaqatala”nın fəaliyyətini davam etdirməsi üçün böyük fədakarlıq lazımdı” – bölgə klubu acınacaqlı durumda
  • Dünən, 18:28
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 17:57
    “Orhus” ev oyunu üçün bütün biletləri satdı – “Sabah”ı dolu tribunalar gözləyir
  • Dünən, 17:36
    Bu 3 futbolçu ''Bavariya''ya lazım deyil - onlar arasında sabiq ''Qalatasaray''lı da var
  • Dünən, 17:05
    Türkiyəli qapıçı karyerasını İspaniyada davam etdirə bilər
  • Dünən, 16:34
    1-ci liqada püşkatma mərasimi keçirildi
  • Dünən, 16:12
    Hamını arxada qoydu
  • Dünən, 15:41
    Elvin Yunuszadə Türkiyə klubunda - RƏSMİ
  • Dünən, 15:05
    "İmişli"dən yeni transfer
  • Dünən, 14:40
    "Karvan-Yevlax"da ayrılıq
  • Dünən, 14:19
    "Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
  • Dünən, 13:58
    13 yaşlı futbolçunun ölümünün komanda ilə əlaqəsi yoxdu
  • Dünən, 13:27
    Romadan Milana üz tuta bilər
  • Dünən, 12:56
    “Əl-Karaitiyat”ın “Kəpəz”lə oyunu niyə ləğv olundu?
  • Dünən, 12:35
    “Bu gün verilən ən doğru qərarlardan biridi” - “APL Fantasy” azarkeş sayına necə təsir edəcək?
  • Dünən, 12:14
    "İmişli" Ronaldo ilə vidalaşdı
  • Dünən, 11:46
    "Xankəndi"dən növbəti transfer
  • Dünən, 11:25
    “Zirə”: nə oldu birdən-birə? - nə baş məşqçi səhvlərini etiraf etdi, nə də futbolçular...
  • Dünən, 11:07
    Qurban Qurbanovun mətbuat konfransı Bakıda olacaq
  • Dünən, 10:52
    "Neftçi" "Sumqayıt"la oyun üçün hazırlığa başladı
  • Dünən, 10:30
    Nərimanın Türkiyə klubu ilə müqaviləsinin detalları
  • Dünən, 10:09
    Nəriman "Ərzurumspor"da çıxış edəcək - RƏSMİ
  • Dünən, 10:00
    Salibanı kim əvəz edəcək?
  • 3-08-2026, 23:0
    Doğma klubuna qayıtdı
  • 3-08-2026, 23:0
    Gözlənilən təyinat rəsmiləşdi
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 222
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 167
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 101
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 99
ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə