Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları keçiriləcək.
Football-plus.az xəbər verir ki, "Qarabağ" səfərdə Plzen "Viktoriya"sı ilə qarşılaşacaq. Təmsilçimizin matçı üçün hakim təyinatları açıqlanıb.
Oyunu Portuqaliya Futbol Federasiyasından Artur Diaş idarə edəcək. Ona Ruy Tavareş və Paulu Soareş köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Fabiu Verisimu yerinə yetirəcək. VAR hakimləri Tyaqu Martinş və Luiş Qodinyu olacaq.
Qeyd edək ki, "Viktoriya" - "Qarabağ" görüşü avqustun 23-də keçiriləcək. Oyun Bakı vaxtı ilə 23:00-da başlayacaq.