Futbolun İnkişaf Fondu və “Mingəçevir” futbol klubu 2022/2023-cü illər mövsümü üçün limitli sayda mövsümi biletləri təqdim edir.
"Footbal-plus.az" xəbər verir ki, artıq avqustun 24-dən 1-ci Divizionda oyunlar başlayır. Oyunlara giriş biletlə olacaq. Biletin qiyməti 1 AZN təşkil edir.
Bununla yanaşı, limitli sayda satışa çıxacaq mövsümi bilet əldə edərək, siz stadionun ən yaxşı yerlərinin birindən klubun keçirilən bütün ev oyunlarını (1-ci Divizion, Azərbaycan Kuboku, yoldaşlıq oyunları) izləyə bilərsiniz. Biletin qiyməti 15 AZN təşkil edir.