• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Tuxel – Konte davasının təfərrüatı

Dünya futbolu / Manşet

16-08-2022, 14:0

Premyer-liqanın 2-ci turunun “Çelsi” – “Tottenhem” derbisində ehtiraslar coşdu: Tomas Tuxellə Antonio Konte qoldan sonra elə yan xəttin yanında münasibətləri aydınlaşdırmağa başladılar, final fiti səslənən kimi də davam etdirdilər.

Əslində oyunun ssenarisi buna yol açırdı – “Çelsi” iki dəfə irəli çıxdı, “Tottenhem” isə yalnız 6-cı uzatma dəqiqəsində xilas oldu.

Tuxel Kontenin qol sevincinə və hakim qərarına görə dəliyə döndü

Oyun sakit tərzdə başladı, künc zərbəsindən sonra “Çelsi”nin iki debütantı – “Brayton”dan gələn Kukurelya ilə “Napoli”dən gələn Kulibali qol təşkil etdi. 2-ci hissədə ehtiraslar gərginləşdi, xüsusən də Heybyerq hesabı bərabərləşdirəndən sonra – Konte yerindən çıxdı, qolu qeyd etmək üçün coşdu, “Stemford Bric”də ehtiyat oyunçular skamyasının önü o qədər də geniş deyil, italiyalı düz Tuxelin çənəsinin altında dayandı və “Çelsi”nin çalışdırıcısı dözmədi. Alman əvvəlcə Konteni “başqa yerdə bayram etməyə” göndərdi. Sonra onlar təhlükəli dərəcədə bir-birinə yaxın dayandılar. Və belə görünür, artıq Konte sevinclə həmkarının üstünə şığıdı. Vəziyyəti qaydasına salmaq üçün 4-cü hakimin əməyi yetmədi, hər iki tərəfdən yardımçılar işə qarışdı. Nəticədə Konte və Tuxel sarı vərəqə ilə cəzalandırıldı.

Çox güman, “Çelsi”nin çalışdırıcısını təkcə Kontenin davranışı yox, hakimin qərarı da qıcıqlandırmışdı. Entoni Teylor Rodriqo Bentankurun Kay Havertsə qarşı kobudluğunu gözardı etdi və təxminən 1 dəqiqə sonra Heybyerq fərqləndi.

Belə düşünmək olardı ki, bununla da iki məşqçi arasında münaqişə bitdi. Heybyerqin qolundan 10 dəqiqə sonra “Çelsi” yenidən irəli çıxdı. Tuxel bu qolu komanda ilə birgə qeyd etdi. Hətta acıq verirmiş kimi “Tottenhem”in ehtiyat oyunçular skamyasının önündən qaçdı. Hər şey “Çelsi”nin qələbəsinə diğru apararkən Keynin qol duyumu işə düşdü – 96-cı dəqiqədə hesab 2:2 oldu!

Bu dəfə münaqişə əlsıxmadan başladı

Keynin qolu ilə bağlı da suallar var: hakimlər “Tottenhem”in müdafiəçisi Romeronun Kukurelyanın saçından dartdığımı görmədi. Odu ki, Tuxelin final fitindən sonra dəliyə dönməsi təəccüblü deyil. Sadəcə, əlsıxma yeni toqquşmaya yol açdı. Həmkarının əlini yüngülcə sıxıb paltardəyişmə otağına yollanmaq istəyən Konte müqavimətlə üzləşdi. Tuxel onun əlini qətiyyən buraxmaq istəmirdi. Konte bir neçə dəfə təkrarladı: “Sən nə istəyirsən?” Yenə bir-birinin üzərinə qışqırdılar.

Bu dəfə də məşqçiləri ayırmalı oldular. Hakim isə hər ikisinə “qırmızı” göstərdi. İndi də davakar baş məşqçilərin açıqlamalarıyla tanış olaq. Əvvəlcə Tuxel danışıb:

“Düşünürdüm ki, adamlar əl sıxarkən bir-birinin üzünə baxır. O fərqli düşünür. Mən bunu bir qədər dalaşan, ancaq aralarında ciddi heç nə baş verməyən, heç biri zədələnməyən iki oyununun toqquşması ilə müqayisə edərdim. Bura premyer-liqadı, hər bir məşqçi komandası üçün döyüşür. Olan budu, qorxulu heç nə yoxdu, bu gün yaşananlar oyunun bir hissəsi idi”.


Konte də həmkarından fərqli nəsə demədi:

“Bu o qədər də vacib deyil. Əsas futboldu. Hakim mənə qırmızı vərəqə göstərdi, ancaq o başverənlərin dinamikasını anlamadı. Problem varsa da, mənlə Tuxel arasında qalacaqdı. Düzünə qalsa, mən bu hadisəyə qayıtmaq istəmirəm, ancaq nəyin baş verdiyini anlamaq üçün TV və video var. Əlbəttə, mən passiv deyildim. Aqressivlik görürəmsə, aqressivliklə də cavab verirəm”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

30-04-2022, 17:0

Konte coşdu: 6-8-ci yerlər uğrunda mübarizə mənlik deyil!

Dünya futbolu

28-03-2022, 21:0

Premyer-liqada namizədlər müəyyənləşdi

Aktual
"Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
“Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
“Sözsüz, səhvlərə yol veririk” – Bense Varkonyi
Son xəbərlər
  • Bu gün, 00:05
    Masazırda "bayquş ulayırdı"!
  • Dünən, 23:33
    "Transferlərdən narazılığımız yoxdu" - Azər Məmmədov
  • Dünən, 23:11
    "Potensialımız daha çoxdu" - Cavid Hüseynov
  • Dünən, 22:50
    Qəbələdə "sülh", "Sabah" qalib gəldi - YENİLƏNİB
  • Dünən, 22:20
    Nuriyev qol vurdu, komandası uduzdu
  • Dünən, 21:48
    "Araz-Naxçıvan"da baş məşqçi ilə bağlı qərar
  • Dünən, 21:27
    "Biz də qələbə qazana bilərdik, rəqib də" - Fərid Namazov
  • Dünən, 20:56
    Madrid klubu ilə razılığa gəldi
  • Dünən, 20:25
    "Sumqayıt"dan növbəti transfer
  • Dünən, 19:55
    "Sabah" - "Kəpəz": START HEYƏTLƏRİ
  • Dünən, 19:24
    İtaliyanın paytaxtını tərk etdi
  • Dünən, 18:53
    Ulduz futbolçu imicini dəyişdi
  • Dünən, 18:20
    Arif Əsədov "Qarabağ" üçün fəlakət ssenarisini açıqladı – “Allah eləməmiş, kənarda qalsalar...”
  • Dünən, 17:50
    "Araz-Naxçıvan" - "İmişli": START HEYƏTLƏRİ
  • Dünən, 17:20
    "Qəbələdə bilet satmayacağıq, "açıq qapı" olacaq" - "Araz-Naxçıvan" azarkeş sayını artıra biləcəkmi?
  • Dünən, 16:59
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 16:28
    Almaniyada iş yerini dəyişdi
  • Dünən, 15:58
    Lukaku ''Lion''a qarşı ilk oyunu buraxacaq!
  • Dünən, 15:37
    Yeni sponsor tapan klubun hədəfi nə olacaq?
  • Dünən, 15:16
    “Günahımı hiss edirəm və məsuliyyəti öz üzərimə götürürəm” – “Dinamo”nun oyunçusu
  • Dünən, 14:55
    İspaniya klubunu tərk etdi
  • Dünən, 14:34
    ''Qalatasaray'' XXI əsrdə ilk dəfə belə uğursuzluqla üzləşdi
  • Dünən, 14:22
    Daha üç boksçumuz mərhələ adladı - Avropa çempionatı
  • Dünən, 14:00
    Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
  • Dünən, 13:22
    Amsterdamda qərar tutdu
  • Dünən, 12:51
    Qurban Qurbanovun növbəti qurbanı... - "Dinamo" baş məşqçisiylə vidalaşır
  • Dünən, 12:30
    “Barselona”nı tərk etdi
  • Dünən, 12:03
    Keyn qalacaq, yoxsa gedəcək?
  • Dünən, 11:32
    Əvvəlki iş yerinə qayıda bilər
  • Dünən, 11:01
    Bir London klubundan digərinə keçəcək
  • Dünən, 10:40
    “Səfər matçı istənilən halda çətin keçəcək, çünki...” - Vaqif Cavadov "Tvente" ilə oyunlar haqda nə dedi?
  • Dünən, 10:19
    UEFA-nın klub reytinqində 4 pillə irəlilədik
  • Dünən, 10:06
    Cəlalın komandası qələbə qazandı
  • Dünən, 10:00
    İtaliyada komandasını dəyişdi
  • Dünən, 00:02
    "Qarabağ" - "Şamaxı" oyununun biletləri satışda
Daha çox
Oxunub: 337
Masazırdakı dava "Sabah" üçün başağrı olacaq... - "Orhus" UEFA-ya şikayət etdi!
Oxunub: 284
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 136
“Turan Tovuz” eyforiyadadı?
Oxunub: 112
Vernidub 400 min avroluq əcnəbi müdafiəçi istəyir – appendisit...
Oxunub: 105
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Oxunub: 105
“Avrokuboklarda oynamaq heç bir kluba başqası üzərində üstünlük vermir” - “Xəmsə”dən sərt reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə