• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Aftandil Hacıyev komandaları iki qrupa böldü

Ölkə futbolu / Manşet

17-08-2022, 16:0

Misli premyer-liqasında iki tur araxa qaldı.

Yenə bir-birindən maraqlı oyunlar izlədik. Bununla belə, "Qarabağ"la "Sabah" xaric, qalan komandalar haqda ciddi nəsə demək tezdi. Elə ilk iki turu dəyərləndirmək üçün müraciət etdiyimiz Aftandil Hacıyev də eyni fikirdədi:

"Əvvəla onu deyim ki, 2 tura görə komandalara qiymət verib, iddiaları barədə danışmaq tezdi. Buna baxmayaraq, müşahidələrimi bölüşəcəm. Yeni mövsümdə komandaların sayının artması xoş haldı. Qərb bölgəsi futbol diyarı olaraq çempionatımıza daim rəng qatıb, bundan sonra da qatacaq, "Turan Tovuz"la "Kəpəz" premyer-liqanı maraqlı etdi. "Qarabağ"ın gücü hamıya bəllidi, İkinci heyətlə oynasa belə, qarşısında tab gətirən yoxdu. Ağdam təmsilçisi artıq Avropa səviyyəli komandadı. "Sabah"dan bu mövsüm iddialı çıxış gözləsəm də, belə başlanğıc gözləmirdim. Komanda qələbələri məhsuldar və baxımlı oyunla rəsmləşdirir. Səfərdə "Zirə"ni 3:1 məğlub etmələri bir daha göstərdi ki, iştahları böyükdü. Rəşad Sadıqovun komandası mövsümə sanki tam hazır deyil. "Qartallar"ın keçirdiyi 2 oyuna baxsaq, xətlərarası əlaqənin zəif olduğu gözə çarpır. Amma əminəm ki, Rəşad müəllim tezliklə komandanı toparlayacaq. "Qəbələ"nin ötən mövsümdən sərgilədiyi baxımlı oyununu davam etdirəcəyi şübhə doğurmur. "Neftçi" üçün avrokubok estafeti bitdiyindən bütün gücünü çempionata yönəldəcək. "Səbail" heyətini gücləndirsə də, çempionata uğursuz başladı, amma komandada yeni baş məşqçi və yeni futbolçular olduğundan kollektiv hələ tam formalaşmayıb. İnanıram ki, tədricən öz oyununu tapacaq. "Şamaxı" bu mövsüm fərqli strategiya seçdi, yerli oyunçulara üstünlük verdi. Yeni baş məşqçi gətirildi. Lakin onların "Neftçi" ilə oyunlarına nəzər yetirsək, gənc kollektiv pis təsir bağışlamadı, öz səhvlərindən məğlub oldular. Ədalətli nəticə heç-heçə idi. Bölgə təmsilçisi "Qəbələ" ilə səfər matçının 2-ci hissəsində də mübariz oyunla diqqəti çəkdi. Hətta ilk qollarını da vurdular. Həmin sözləri çoxlarının ausayder gözü ilə baxdığı "Kəpəz" haqda da demək olar. Komanda, uduzmasına baxmayaraq, sona qədər mübarizə aparır. Ev matçlarını doğma meydanda keçirsələr, indikindən daha yaxşı oynayacaqlarına əminəm. "Turan Tovuz" çoxlarına başağrı olacaq. Ayxan Abbasovun məşqçi bacarığını, xarakterini hamı yaxşı bilir. Onun "Zirə" və "Sumqayıt"dakı fəaliyyətini xatırlatmaq bəs edir. Ümumilikdə çempionatda çıxış edən komandalarımızın çıxışı belə olacaq: ilk “5-lik” üçün mübarizə aparanlar və ikinci “5-lik”də döyüşənlər. İlk “5-lik” çempionluq və avrokuboklar uğrunda oynayacaq. İkinci “5-lik”də isə autsayder olmamaq üçün mübarizə gedəcək. Amma düşünürəm ki, ikinci “beşlik”dəki daha güclü komada ilk “beşliy”ə sıçrayış edə bilər. Hələ ki çempionatımız pis start götürməyib, məhsuldar oyunlar izləyirik”.


Təcrübəli mütəxəssis yeniliyə də toxundu:

“VAR sisteminin tətbiqi də, düşünürəm ki, premyer-liqamızda inkişafa gətirəcək. Marafon böyükdü, bizi qarşıda maraqlı oyunlar, nəticələr, sensasiyalar gözləyir. Bütün komandalarımıza uğurlar arzulayıram".


ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

22-07-2022, 16:0

Azərbaycan premyer-liqasında yeni mövsümün təqvimi açıqlandı

Premyer-liqa

15-07-2022, 19:0

Azərbaycan premyer-liqasında ilk üç turun oyunları açıqlandı

Premyer-liqa

19-03-2022, 19:0

"Bu matçda pis çıxış etmədik" - Aftandil Hacıyev

Premyer-liqa / Manşet

16-08-2022, 14:0

Dörd lider var, dörd də xalsız komanda - TURUN ŞƏRHİ

Aktual
“Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
"Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
“Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
Son xəbərlər
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
  • Dünən, 18:35
    Qəza nəticəsində həlak oldu
  • Dünən, 17:58
    Cavid İmamverdiyev Region Liqasında oynayacaq
  • Dünən, 17:20
    Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
  • Dünən, 16:49
    Gözlənilən aqibətlə üzləşdi
  • Dünən, 16:29
    Fransa klubunda gözlənilən istefa
  • Dünən, 15:58
    Nigeriyanın baş məşqçisi Osimhenlə bağlı “bomba partlatdı”
  • Dünən, 15:27
    Argentina nəhəngi İkardi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:51
    Kannavaro azərbaycanlı futbolsevərləri üzdü – Umarali evdə qaldı…
  • Dünən, 14:35
    Türkiyə yığmasının DÇ-2026 üçün yekun heyəti bəlli oldu - Kimlər kənarda qaldı?
  • Dünən, 14:10
    "Qəbələ"nin pley-off oynaması çox böyük biabırçılıqdı..." - Qəbələ Sxadadzeyə şans verəcəkmi?
  • Dünən, 13:29
    Mundialdan sonra Montellaya Türkiyə vətəndaşlığı veriləcək
  • Dünən, 12:58
    Azər Bağırov "Şamaxı"da - RƏSMİ
  • Dünən, 12:47
    "Qəbələ" iki futbolçuyla yollarını ayırdı
  • Dünən, 12:16
    "Sabah"ın futbolçusu DÇ-də oynamayacaq
  • Dünən, 11:46
    "Üç il əvvəl bu kluba böyük ümidlər və hədəflərlə gəlmişdim" - Sekidika
  • Dünən, 11:16
    “Cəza verilib də, bundan sonra daha nə istəyirlər?” - Ramin Musayev “Turan Tovuz”u haqlı görür
  • Dünən, 10:59
    Lebron Ceyms bir ildə 137 milyon qazanıb!
  • Dünən, 10:31
    "Şamaxı"dan yeni baş məşqçiylə bağlı açıqlama - "ən qısa müddətdə..."
  • Dünən, 10:26
    Yığmamız yarımfinala yüksələ biləcəkmi?
  • Dünən, 10:00
    Yankoviç millidə məhsuldar ötürmə etdi
  • Dünən, 09:20
    “Hələ ki heç nə dəqiq deyil” – Elnur Qasımov
  • Dünən, 09:09
    Millimiz 1/4 finalda - AÇ
  • 1-06-2026, 23:0
    Millimiz Niderlanda uduzdu - Dünya Kuboku
  • 1-06-2026, 23:0
    Velko Simiç daha 2 il “Sabah”da
  • 1-06-2026, 22:0
    "Şamaxı" daha bir futbolçunu yola saldı
Daha çox
Oxunub: 404
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 209
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 206
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 197
Rəhim Həsənov Əliyar Ağayevə amansız cəza veribmiş! - ŞOK DETALLAR
Oxunub: 168
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 165
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə