"Öz oyunumuz və texnikamızla qalib gəlmək istəyirik" - "Viktoriya"nın futbolçusu

16.08.2022 20:20 404
Çempionlar Liqası
Çempionlar Liqasında pley-off mərhələsi start götürür.

Təmsilçimiz "Qarabağ" Plzen "Viktoriya"sını qəbul edəcək. Rəqib komandanın futbolçusu Yan Kopiç oyun haqda açıqlama verib:

- Altı il öncə bu stadionda oynamışdınız. Təəssüratlarınız necədi?

- Çox yaxşı yadımdadı hər şey. Stadionun vəziyyəti çox yaxşı idi. Burada uğurlu nəticə qazanmışdıq. Yüngül zədəm olsa da, 90 dəqiqəni oynamaq elə də çətinlik yaratmayacaq.

- Altı il əvvəl burada oynayanda böyük basqı var idi sizə. İndi də elə atmosfer gözləyirsiz?

- "Qarabağ" altı il öncəki yenə oyunu nümayiş etdirir. Oyun stilləri dəyişməyib. Hücumameyilli oyunçulardan daha çox istifadə edirlər. Çalışacağıq ki, yaxşı müdafiə olunaq və müəyyən şanslar olanda bundan istifadə edək.

- Altı il əvvəl bəxt sayəsində "Qarabağ"ı keçə bilmişdiniz. Bu fikirlə razısan? Səncə, sabah da bəxt sizin tərəfinizdə olacaq?

-Bəli, yadımdadı, şans nəticəsində qalib gəlmişdik. Amma sabahkı oyunda şansa o qədər ümid bəsləmək istəmirik. Öz oyunumuz və texnikamızla qalib gəlmək istəyirik.