• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ”ı 11700 nəfər gözləyir - TANITMA

Manşet / Çempionlar Liqası

16-08-2022, 13:0

Əsası 1911-ci ildə qoyulan “Viktoriya” Plzen şəhərini təmsil edir və tarixi ərzində 6 dəfə Çexiya çempionu olmaqla yanaşı, iki dəfə ölkə kubokunu, bir dəfə isə superkuboku başı üzərinə qaldırıb.

Ev oyunlarını 11700 azarkeş tutumuna malik “Dusan Arena”da keçirir. Klubun prezidenti Adolf Şadek, baş məşqçisi Mixal Bilekdi. Hazırda UEFA reytinqində 69-cu pillədə qərarlaşıb. Kollektivin orta yaş həddi 27,1-ə bərabərdi. Komandada fərqli ölkələrin yığmalarının şərəfini qoruyan 10 futbolçu çıxış edir. Məşhur “transfermarkt.com” saytı Çexiya klubunun bazar dəyərinin 24,55 milyon avro olduğunu göstərir.
Komandanın ən bahalı futbolçusu qapıçı Yindrjix Stanekdi. 26 yaşlı “çərçivə qoruyucusu”nun transfer dəyəri 3 milyon avrodu. İkinci pillədə iki oyunçu qərarlaşıb. Yarımmüdafiəçi Lukaş Kalvaxla stopper mövqeyində çıxış edən Pavel Buxanı transfer etmək istəyən klub isə 2 milyon 500 min avrosundan keçməlidi. Hər iki futbolçu Çexiya yığmasına da cəlb olunur.

111 yaşlı klubun intibah dövrü əsasən yeni tarixlə bağlıdı. Plzen təmsilçisi ilk dəfə 2011-ci ildə qızıl medala sahib çıxıb və elə həmin avrokubok mövsümündə də bir çoxlarını təəccübləndirərək Çempionlar Liqasının qrupuna yüksəlib. “Milan”, “Barselona” və BATE-nin yer aldığı qrupda 3-cü olmaqla mübarizəni Avropa Liqasında davam etdirib. Burda isə “Şalke-04”ə uduzmaqla turnirdən kənarda qalıb. 2012/13 mövsümündə ikinci dəfə mötəbər turnirin qrupunda çıxış etmək hüququ qazanıb. Bu dəfə “qırmızı-göylər”in rəqibləri “Mançester Siti”, “Bavariya” və Moskva ÇSKA-sı olub. Yenə qrup üçüncüsü kimi Avropa Liqasına yollanan çexlər sürpriz şəkildə Donetsk “Şaxtyor”unu məğlub edərək 1/8 finalda “Lion”a uduzmaqla mübarizəni dayandırıb.

57 yaşlı Mixal Bilek üçün postsovet məkanı heç də yad deyil. 2021-ci ildən “qırmızı-göylər”in “sükanı arxasına” keçən mütəxəssis “Astana” və Qazaxıstan yığmasında da iş təcrübəsinə malikdi. Çexiyalının CV-də “Anji” və Tiflis “Dinamosu”nun da adı var. Bilekin çalışdırdığı komandalar daha çox 4-2-3-1 taktiki düzülüşü ilə meydana çıxır. Ancaq avqustun 13-də Çexiya çempionatının 3-cü turu çərçivəsində baş tutan Kralove “Hradec”i ilə görüşdə Bilekin komandası 3-5-2 sxemindən yararlanıb və səfərdə oynamasına baxmayaraq, 2:1 hesabı ilə qalib gəlib. Cari mövsümdə Çexiya çempionatında 3 oyun keçirən “Viktorka” ləqəbli komanda hazırda 7 xalla 3-cü pillədə qərarlaşıb. Komandanın əsas qol ümidi Jan Klimentdi. 28 yaşlı mərkəz hücumçusunun hesabında artıq 2 qol var. “Qırmızı-göylər”in bu yay reallaşdırıdığı ən diqqət çəkən transferi Yan Sikoradı. Poznan “Lex”indən transfer olunan sol cinah vingeri artıq bu yay Çempionlar Liqasının seçmə mərhələsində 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Sonda onu da qeyd edək ki, Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulan Çexiya klubu Finlandiya HJK-sını, 3-cü mərhələdə isə Moldova “Şerif”ini mübarizədən kənarlaşdırıb.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Manşet / Konfrans Liqası

16-06-2022, 17:0

“Neftçi”nin təcrübəsiz rəqibi “Aris”

Manşet / Yazarlar

19-07-2022, 17:0

13-cü çempionluğu 13 il gözləyən 125 yaşlı qoca - TANITIM

Manşet / Çempionlar Liqası

28-07-2022, 13:0

Stanislav Çerçesovun çalışdırdığı “Ferentsvaroş” nəyə qadirdi? - TANITMA

Aktual
Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
“Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
“Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
“Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
“Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
Son xəbərlər
  • Bu gün, 00:58
    İsveçrə 1-сi, Kanada 2-ci oldu - DÇ gecəsi
  • Dünən, 23:25
    "Sabah" ilk yoxlama matçında heç-heçə etdi
  • Dünən, 22:50
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 22:00
    Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
  • Dünən, 21:07
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 20:36
    İbrahimoviç Messini yerə-göyə sığdırmadı - ''Pele, Maradona və Kroyffdan da üstündü''
  • Dünən, 19:59
    Torreyra ''Boka Xuniors'' iddiaları üçün nə dedi?
  • Dünən, 19:34
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 18:26
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 17:59
    “Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
  • Dünən, 17:15
    "Neftçi"dən növbəti transfer
  • Dünən, 16:43
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 16:12
    Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
  • Dünən, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Dünən, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Dünən, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Dünən, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Dünən, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 13:36
    “Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
  • Dünən, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
  • Dünən, 12:54
    Xankəndidə yeni cüdo zalı istifadəyə verildi
  • Dünən, 12:23
    "Sabah" Avstriyada ilk yoxlama oyununu keçirəcək
  • Dünən, 11:52
    “Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
  • Dünən, 11:31
    "Neftçi"nin sabiq futbolçusu "Ballkani"də
  • Dünən, 11:10
    PFL klublara 2 milyon 610 min manat ödədi
  • Dünən, 10:59
    “Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
  • Dünən, 10:28
    Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
  • Dünən, 09:51
    1/16 finalda oynayacaq komandalardan 7-si bəllidi - DÇ səhəri
  • Dünən, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • 23-06-2026, 23:0
    "Pafos" Muradın təqdimatını yayınladı
  • 23-06-2026, 23:0
    "Şahdağ Qusar"da yeni futbolçu
  • 23-06-2026, 23:0
    Portuqaliya Özbəkistanı darmadağın etdi - DÇ gecəsi
  • 23-06-2026, 22:0
    Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
  • 23-06-2026, 22:0
    Mourinyo onları “Real”da görmək istəyir
  • 23-06-2026, 21:0
    ''Fənərbaxça'' 17 futbolçu ilə yollarını ayıracaq
Daha çox
Oxunub: 255
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 254
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 232
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 209
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 203
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 198
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə