"Səbail"dən yeni transfer

12.08.2022 20:30 328
Premyer-liqa
“Səbail” heyətinə yeni oyunçu qatıb.

Football-plus.az
xəbər verir ki, "gəmiçilər" Donetsk "Şaxtyor"undan Maksim Çexi icarəyə götürüb. Ukraynalı yarımmüdafiəçi 2022/23 mövsümünün sonuna kimi paytaxt komandasının şərəfini qoruyacaq.

Qeyd edək ki, Çex 2019-cu ildə Ukrayna U-20 milli komandası ilə Dünya çempionatının qalibi olub.