“Neftçi-2”nin müdafiəçisi Fariz Xeyrullayev klubun sağlamlıq sponsoru olan “Liv Bona Dea Hospital”da əməliyyat olunub.
Football-plus.az "ağ-qaralar"In saytına istinadən xəbər verir ki, uğurlu keçən əməliyyatdan sonra stosionar şəraitdə terapevtik müalicə alan 18 yaşlı futbolçu bir neçə gündən sonra evə buraxılacaq.
Məşq zamanı qolu sınmış Fariz Xeyrullayev sağ bazu sümüyünün cisminin parçalı yerdəyişmiş sınığı diaqnozu ilə hospitala yerləşdirilmişdi.