İdmançılarımızdan daha iki medal - KONYA-2021

10.08.2022 21:10 329
İdman
Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarında millimiz növbəti medallarını qazanıb.

Football-plus.az xəbər verir ki, qadın taekvondoçumuz Fəridə Əzizova (67 kq) finala vəsiqə qazanıb. O, həlledici görüşdə iranlı Zeynəb İsmailiyə qalib gələrək qızıl medalın sahibi olub.

Daha bir təmsilçimiz Cavad Ağayev (68 kq) isə finalda məğlub olub. O, fəxri kürsünün ikinci pilləsinə qalxıb.