• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Real” - “Çelsi” matçında diqqətçəkən 5 məqam

Çempionlar Liqası

14-04-2022, 12:0

Sadəcə, fantastika! “Real”la “Çelsi”nin qarşıdurması, çox güman, nəinki 1/4 finalın, hətta ÇL-in cari mövsümünün bəzəyi olacaq.

Evdə 1:3 hesabıyla uduzan “zadəganlar” səfər oyununda futbolsevərləri həyəcanlandırdı. Londonlular artıq 75-ci dəqiqəyə qədər Maunt, Rüdiger və Vernerin qolları sayəsində 3:0 önə çıxdı. Hələ Alonsonun gözəl qolu da əllə oyun üzündən qeydə alınmadı. Tuxelin komandası oyunboyu dominantlıq etdi və inamla qələbəyə doğru gedirdi. Ancaq Ançelottinin 78-ci dəqiqədə Rodriqonu meydana buraxması oyunun taleyini müəyyənləşdirmək baxımından həlledici oldu. Dəyişiklikdən dərhal sonra Modriç ona ayağının çölü ilə gözəl ötürmə verdi və braziliyalı iki oyunun nəticəsinə görə ümumi hesabı bərabərləşdirdi. Təbii ki, belədə əlavə vaxta ehtiyac yarandı. Maraqlıdı ki, qonaqlar yenə də hücuma can atırdı. Ancaq onların müdafiənin sol cinahında yol verdiyi kobud səhv qol bahasına başa gəldi. Cinah boyunca irəliləyən Vinisius cərimə meydançasına asma etdi, 95 dəqiqə susqunluğu qoruyan Benzema bu dəfə də “Çelsi”ni cəzalandırdı. Onun bu dueldəki 4-cü qolu həlledici oldu. Londonlular daha bir qol vurmaqla penalti seriyasında münasibətləri aydınlaşdırmağa can atsa da, bütün cəhdlər əbəs idi.

Madridlilər inanılmaz xarakter və dözümlülük hesabına yarımfinala adladı. Elə həmin Modriç 120-ci dəqiqədə kreyser sürəti yığmışdı. Və ya zədələnən Benzemanın ağrılar içində komandasını köməksiz qoymamaq istəyi nəyə desən, dəyərdi. Beləliklə, “Real” yarımfinala çıxdı ki, rəqibi də dünən gec saatlarda bəlli oldu. Amma ÇL-in son qalibinin də haqqını vermək lazımdı. ÇL-də “qələbə əzminə görə” mükafatı olsaydı, qeyd-şərtsiz “Çelsi”yə çatmalıydı. Komandaya inanılmaz motivasiya verən Tuxelin və qeyri-adi ruh göstərən “zadəganlar”ın növbəti mərhələdə olmayacağına görə təəssüflənməmək mümkün deyil.

Faktlar
* “Real” son 12 mövsümdə 10-cu dəfə Çempionlar Liqasının yarımfinalında oynayacaq. 2010/11 mövsümündən bəri madridlilər iki dəfə - 2019-cu və 2020-ci illərdə 1/8 finalda mübarizəni dayandırıb. Komanda bu müddətdə həmçinin 4 dəfə kuboku başı üzərinə qaldırıb və 6 dəfə yarımfinalda dayanıb.

* “Real” tarixində 9-cu dəfə Çempionlar Liqasının/Kubokunun qalibini mübarizədən kənarlaşdırdı. İspaniya paytaxtını təmsil edən klub buna qədər 1964 (Milan), 1966 (İnter), 1987 (Portu), 1989 (PSV), 1998 (Dortmund “Borussiya”sı), 2000 (Mançester Yunayted), 2002 (Bavariya) və 2014-cü (Bavariya) illərdə fəalliyyətdə olan çempiona qalib gəlib. “Real” bu mənada ÇL-in rekordçusudu, 2-ci yerdə isə 5 qələbə ilə “Yuventus” qərarlaşıb.

* Ançelotti ÇL tarixinə ardıcıl dörd onillikdə yarımfinala qədər irəliləyən ilk baş məşqçi kimi düşdü. 1999-cu ildə onun “Yuventus”u, 2003, 2005, 2006 və 2007-də “Milan”ı, 2014, 2015 və 2022-də “Real”ı yarımfinalda oynayıb. İtaliyalı mütəxəssis ümumilikdə 8 dəfə yarımfinalda görünüb. Ançelotti “Milan”la iki (2003, 2007), “Real”la bir (2014) dəfə ÇL-i qazanıb. Həmçinin Ançelotti ÇL-də yarımfinala 8-ci dəfə çıxan 3-cü məşqçidi. Ona qədər bu nəticəni yalnız Qvardiola və Mourinyo göstərib.

* Bu dəfə də fərqlənən Benzema ÇL-in cari mövsümünün pley-offunda qol sayını 7-yə çatdırdı. Turnirin bir mövsümün pley-offunda qol sayına görə rekordçusu 2017-də “Real”ın heyətində 10 qol vuran Kriştiano Ronaldodu. Bu göstəricidə 2-ci yeri 8 qolla Messi tutur. Benzema kimi Neymar da ÇL-in pley-offunda bir mövsümdə 7 qol vurub.

* “Çelsi” İngiltərənin avrokuboklarda səfərdə “Real”ın qapısına üç qol vuran 2-ci klubudu. 1968-ci ilin mayında “Mançester Yunayted” Çempionlar Kubokunun yarımfinal mərhələsinin cavab oyununda Madriddən 3:3 hesablı heç-heçə ilə ayrılıb.

ORXAN

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

31-05-2022, 17:0

ÇL-in rəmzi komandası açıqlandı - FOTO

Çempionlar Liqası

14-04-2022, 22:0

ÇL-də həftənin ən baxımlı qolunu kim vurub?

Dünya futbolu

5-05-2022, 16:0

"Real" "Çelsi"nin oyunçusu ilə razılaşdı

Dünya futbolu

1-06-2022, 20:0

"Çelsi"nin futbolçusu "Mançester Yunayted"ə keçə bilər

Aktual
“Şəki” 11 yox, 9 nəfərlə oynadı! – kapitan 4 oyunçunu da “tovlayıb”?
Abubakar “Portu”nu təbrik etdi, “Neftçi”ni yox!
"Mövsüm ərzində çəkdiyimiz əziyyətin bəhrəsini görəcəyik" - "Neftçi"dən iddialı açıqlama
“Klublar çalışmalıdı ki, hər birinin heyətində, heç olmasa, üç azərbaycanlı meydana çıxsın” - Rəşad Məcid
Aqil Nəbiyev millidə müəmmalı ayrılıqların səbəbini açıqladı - iki məşqçinin başına nə gəlib?
“Forza Neftçi”dən “Sabah”a cavab – “Bu şəhər dardırsa...”
Son xəbərlər
  • Bu gün, 21:42
    Elitada növbəti paytaxt təmsilçisi: addım-addım Bakı çempionatına doğru... - YAZI
  • Bu gün, 21:06
    “Şəki” 11 yox, 9 nəfərlə oynadı! – kapitan 4 oyunçunu da “tovlayıb”?
  • Bu gün, 20:41
    "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
  • Bu gün, 19:57
    Region Liqasının qalibi bəlli oldu
  • Bu gün, 19:11
    Jali Muaddib "Qarabağ"da - rəsmi
  • Bu gün, 18:25
    Aleksey İsayev üçün əlamətdar oyun
  • Bu gün, 17:54
    Millimiz Avropa çempionatında ikinci yeri tutdu
  • Bu gün, 17:23
    Ramalinqomdan yubiley qolu
  • Bu gün, 16:52
    Abubakar “Portu”nu təbrik etdi, “Neftçi”ni yox!
  • Bu gün, 16:21
    Nərimanın baş məşqçisi qovuldu
  • Bu gün, 15:51
    “Kəpəz”in futbolçusu 200-ə çatdı
  • Bu gün, 15:23
    Zamiqin komandası böyükhesablı qələbə qazandı
  • Bu gün, 14:52
    “Bavariya”da iki yeni müqavilə
  • Bu gün, 14:31
    "Mövsüm ərzində çəkdiyimiz əziyyətin bəhrəsini görəcəyik" - "Neftçi"dən iddialı açıqlama
  • Bu gün, 14:03
    Paytaxt klubunu tərk edəcək
  • Bu gün, 13:44
    “Klublar çalışmalıdı ki, hər birinin heyətində, heç olmasa, üç azərbaycanlı meydana çıxsın” - Rəşad Məcid
  • Bu gün, 13:16
    “Çelsi”nin yeni baş məşqçisi olacaq
  • Bu gün, 12:45
    Fransa olmasın, Mərakeş olsun!
  • Bu gün, 12:14
    Slot antirekordçu məşqçi oldu
  • Bu gün, 11:46
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 11:15
    Aqil Nəbiyev millidə müəmmalı ayrılıqların səbəbini açıqladı - iki məşqçinin başına nə gəlib?
  • Bu gün, 10:45
    İngiltərə klubunda yeni oyunçu
  • Bu gün, 10:24
    Dünya çempionatında oynaya bilməyəcəklər
  • Bu gün, 10:00
    Yayda “Real”ı tərk edəcək
  • Dünən, 23:58
    Tezliklə İstanbula qayıda bilər
  • Dünən, 23:38
    Madridə dönməyə çox yaxındı
  • Dünən, 23:06
    “Forza Neftçi”dən “Sabah”a cavab – “Bu şəhər dardırsa...”
  • Dünən, 22:45
    “Sabah”a çempionluq kuboku təqdim olundu
  • Dünən, 22:19
    İbrahim "qızıl", Tunar isə "bürünc" qazandı
  • Dünən, 22:08
    Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
  • Dünən, 21:43
    “Sabah”ın start heyətini görəndə məyus oldum” – Rəşad Sadıqov
  • Dünən, 21:37
    "Gedirik çempionluğumuzu qeyd etməyə" - Valdas Dambrauskas
  • Dünən, 21:13
    "İstəmərəm ki, avrokuboklarda 1 tur oynayıb məğlub olaraq geri dönək" - Yuri Vernidub
  • Dünən, 20:45
    “Azarkeşlərin önündə nəticə üçün oynayacağıq” – Veliçko Kaplanoviç
  • Dünən, 20:06
    "Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Daha çox
Oxunub: 545
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 292
"Neftçi" Konfrans Liqasına vəsiqə qazandı, "Zirə" Avropadan kənarda qaldı
Oxunub: 265
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 253
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 206
Mahir meydana çıxan kimi "fərqləndi" - əlvida, bundesliqa!
Oxunub: 188
“Bu şəhər ikimizə dar”ı artıq “Neftçi” deməlidi! – 3 ildən sonra
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə