İdmançılarımızın yeni reytinqi açıqlandı

9.08.2022 16:49 388
İdman
Gənclər və İdman Nazirliyi Olimpiya idman növləri üzrə, milli komandaların idmançılarının 2022-ci ilin avqust ayı üçün reytinq cədvəlini açıqlayıb.

"Football-plus.az" nazirliyin saytına istinadən xəbər verir ki, reytinqə bədii gimnastika üzrə qrup hərəkətləri komandası 435 xalla başçılıq edir.

Ötən ay Misirin paytaxtı Qahirədə dünya ikincisi olan qılıncoynadan Anna Başta (330 xal) 2-ci, bədii gimnast Zöhrə Ağamirova (300 xal) 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

İdmançılarımızın yeni reytinqi açıqlandı