Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2022-ci ilin iyul ayı üçün reytinqini açıqlayıb.
Football-plus.az xəbər verir ki, siyahıya 435 xalla bədii gimnastika üzrə Azərbaycan yığması başçılıq edir. Bədii gimnast Zöhrə Ağamirova 250 xalla ikinci, sablyaçı Anna Başta isə 240 xalla üçüncü sıradadı.
4-cü yerdə güllə atıçılığı üzrə yarışan Ruslan Lunyov yer alıb. Onun aktivində 240 xal var. İlk “5-liy”i 170 xalla cüdoçu Məmmədəli Mehdiyev tamamlayır.
Reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.
