PSJ “Leyptsiq”in oyunçusunu transfer edir

24.07.2022 21:22 416
Dünya futbolu
PSJ tezliklə heyətinə daha bir futbolçu cəlb edəcək.
Fransa klubu “Leyptsiq”in oyunçusu Nordi Mukielenin transferini praktiki olaraq reallaşdırıb. Jurnalist Fabritsio Romanonun verdiyi məlumatda bu keçidin parislilərə hansı qiymətə başa gələcəyinə aydınlıq gətirilmir. Fransız müdafiəçi PSJ-yə keçməklə milli komandada möhkəmlənməyi düşünür. Nordi ötən mövsüm “Leyptsiq”in formasında bütün turnirlərdə iştirak etdiyi 37 oyunda 2 qolun və 5 məhsuldar ötürmənin müəllifi olub.