Emin Məmmədov 1/16 finalda - KONYA-2021

7.08.2022 13:39 399
İdman
V İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışlarına start verilib.

Football-plus.az xəbər verir ki, sözügedən idman növündə kişilərin şəxsi yarışında Azərbaycan idmançısı Emin Məmmədov Qazaxıstan təmsilçisi Akimali Bakdauletlə qarşılaşıb. Rəqibini 3:0 hesabı ilə məğlub edən həmyerlimiz 1/16 finala yüksəlib. Onun növbəti rəqibi Maldiv idmançısı Məhəmməd Şəffan İsmayıl olacaq. Digər təmsilçimiz Adil Əhmədzadə rəqibi oyuna çıxa bilmədiyindən birbaşa 1/8 final mərhələsinə adlayıb.
Qeyd edək ki, bu gün qadın stolüstü tennisçilər Zemfira Mikayılova ilə Ləman Əbdülhəmidova da mübarizəyə qoşulacaq.