Football-plus.az xəbər verir ki, avstraliyalı yarış direktoru 2021-ci ilin Əbu-Dabi mərhələsində qalmaqallı qərar vermiş və nəticədə Lüis Hemilton 8-ci çempionluğu qazana bilməmişdi. Bundan sonra Masinin bu hərəkəti söz-söhbətə səbəb olmuş və FİA onu yarış direktoru vəzifəsindən azad etmişdi. Maykl iyulun əvvəlində bu qurumdam tam ayrılıb:
“Özümü dünyanın ən çox nifrət olunan adamı kimi hiss edirəm. Mənə deyirdilər ki, səni və ailəni öldürməyə gəlirik. Aldığım mesajlar şokedici idi. Mənə qarşı irqçilik edildi və söyüşlər söyüldü. Yer üzündəki bütün söyüşləri eşitdim. Həm “feysbuk”da, həm də “linkedin”də oxşar mesajlar alırdım. Bu hadisələr məni daha da gücləndirdi. Yenə də yalqız qalmaq istədim. Bu hadisəni geridə qoymaq çətin oldu”.
