“Sumqayıt-2”nin baş məşqçisi açıqlandı

21.07.2022 11:46 485
Ölkə futbolu
2022/23 mövsümündə 1-ci divizionda çıxış edəcək “Sumqayıt-2”nin baş məşqçisi postuna təyinat gerçəkləşib.

"Football-plus.az" xəbər verir ki, qarşıdakı mövsümdə həmin vəzifəni Vüqar Quliyev icra edəcək.

2014-cü ildən akademiyada müxtəlif yaş qruplarında fəaliyyət göstərmiş mütəxəssis ötən mövsüm "Sumqayıt"ın U-17 komandasını çalışdırıb.