Almaniya klubu millimizin üzvü ilə müqavilə bağladı

15.06.2022 13:34 375
Ölkə futbolu
"Erzgebirge Aue" millimizin futbolçusu Dmitri Nazarovla müqavilə müddətini artırıb.

“Football-plus.az” saytının məlumatına görə, bu haqda Almaniya təmsilçisinin rəsmi saytı xəbər yayıb. 2022/23 mövsümündən 3-cü liqada çıxış edəcək klub Nazarovla bir illik müqavilə bağlayıb.

Qeyd edək ki, Dmitri 2016-cı ildən “ Erzgebirge” forması geyir.