“İnter”dən “Latsio”ya keçdi

4.08.2022 16:36 379
Dünya futbolu
“İnter”dən ayrılan Matias Vesino karyerasını İtaliyada davam etdirəcək.

Football-plus.az xəbər verir ki, o, “Latsio”ya keçib.

30 yaşlı uruqvaylı yarımmüdafiəçi paytaxt klubu ilə 3 illik müqavilə imzalayıb. Vesino “İnter”də 2017-ci ildən oynayırdı. O, ötən mövsüm milanlıların heyətində 22 matçda meydana çıxaraq 1 qol vurub.