"Qarabağ"la oyuna ciddi hazırlaşırıq" - Emil Balayev

4.08.2022 16:56 393
Premyer-liqa
”Yeni mövsümün ilk matçını səfərdə 9 qat Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirəcəyik. Bu amil bizim üçün böyük məsuliyyətdi".


Football-plus.az xəbər verir ki, bu sözləri Emil Balayev deyib. "Səbail"in qolkiperi klubun rəsmi saytına açıqlamasında Misli premyer-liqasının ilk turunda qarşılaşacaqları "Qarabağ"la oyun haqda danışıb:

"Komandanın hər bir üzvü Ağdam klubu ilə görüşümüzün böyük məsuliyyət olduğunu dərk edir. Düşünürəm ki, kifayət qədər uğurlu təlim-məşq toplanışı keçirmişik. “Qarabağ”la oyuna da ciddi hazırlaşırıq. Layiqli mübarizə aparacağımıza əminəm. Yaxşı nəticə əldə etmək üçün hər birimiz var gücümüzlə çalışırıq”.