"Həqiqətən çox ciddi rəqibdi"

14.06.2022 15:56 619
Çempionlar Liqası
Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının püşkünü dəyərləndirib.

"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisi 1-ci təsnifat mərhələsində "Lex"lə (Polşa) qarşılaşacaq. Q.Qurbanov püşklə bağlı klubun saytına açıqlamasında deyib:

“Daha əvvəl də qeyd etmişdim ki, Çempionlar Liqasında zəif komanda olmur. Bütün komandalar öz ölkəsinin çempionlarıdı. Avrokuboklarda iştirak edən komandaların təcrübəsi çoxalıb. Hər bir rəqib həm klub olaraq, həm də komanda olaraq çox ciddi hazırlaşır. Bütün komandalar anlayır ki, bu turnirdə uğurlu çıxış etmək həm gələcək perspektivləri baxımından vacibdi, həm də maddi üstünlüklər əldə etmək olar. Çempionlar Liqasının bu təsnifat mərhələsində potensial rəqiblərimiz arasında ən güclü komandalarından biri “Lex” idi. "Lex" bu il yaranışının 100 illiyini qeyd edir. 2022-ci ilə xüsusi yanaşırlar. Əbəs yerə deyil ki, 7 il sonra Polşa çempionu oldular. Bu komanda da püşkdə bizə rəqib oldu. Hər bir rəqibə qarşı ciddi hazırlaşırıq. İnanıram ki, püşkdə bu rəqibin düşməsi bizi və futbolçuları daha da məsuliyyətli edəcək. Futbolçuların çoxunun istirahətə vaxtı yoxdur. Öncə bu rəqibə qarşı öz idman formamızı yaxşılaşdırmalıyıq. İnşallah, çalışacağıq ki, ən düzgününü, doğrusunu edək. Həqiqətən, çox ciddi rəqibdi. Az vaxtda çalışmalıyıq ki, rəqibə qarşı çox düzgün hazırlıq keçək”.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul