Football-plus.az xəbər verir ki, hücumçu İsveçrə çempionatının 3-cü turunda "Yanq Boyz"la görüşdə komandasının bərabərlik topuna imza atıb.
Azərbaycanlı forvard bununla bağlı fikirlərini şəxsi "instaqram" hesabında izləyiciləri ilə bölüşüb:
"Qrasshopper" üçün ilk qolumu vurmaq və böyük komanda ruhumuz üçün 1 xal qazanmağımız gözəl hissdi. İndi diqqətimizi qarşıdakı vacib oyuna yönləndirməliyik".
Qeyd edək ki, Sürix təmsilçisi "Yanq Boyz"la görüşdə heç-heçə edib - 1:1.




