"Hər iki komanda eyni şəraitdə oynayacaq" - "Ferentsvaroş"un futbolçusu

2.08.2022 20:07 453
Çempionlar Liqası
"Fernetsvaroş" Çempionlar Liqası 2-ci təsnifat mərhələsinin ilk oyununda "Qarabağ"ın qonağı olacaq.

"Football-plus.az" xəbər verir ki, matçdan əvvəl keçirilən mətbuat konfransında Macarıstan təmsilçisinin futbolçusu Tokmac Nquen açıqlama verib:

- Baş məşqçi məsafədən şikayətlənmişdi. Sizin bu barədə fikriniz necədi və matçla bağlı nə düşünürsüz?

- Hər şey qaydasındadı. Hər iki komanda eyni şəraitdə oynayacaq. "Qarabağ" yaxşı komandadı. Yaxşı hücumameyilli futbolçuları var. Bu mərhələdə pis komanda olmur. Sabah yaxşı olacağını düşünürəm.

- "Qarabağ"ın heyətində olan itkilərdən xəbəriniz var. Bu, sizin işinizə nə dərəcədə yaraya bilər?

- "Qarabağ"ın itkiləri barədə məlumatım yoxdu. İtkilərin nədən ibarət olmasına baxmayaraq, "Qarabağ" çox yaxşı komandadı.