''Xetafe'' səfər tilsimini qırdı

21.04.2022 16:37 429
Dünya futbolu
Türkiyə yığmasının iki üzvü – Enes Ünal və Okay Yokuşlunun şərəfini qoruduğu ''Xetafe'' dünən İspaniya çempionatının 33-cü turunda səfərdə ''Selta''nı 2:0 hesabı ilə yenməyi bacardı.

Əla mövsüm keçirən və Benzemadan sonra 15 qolla bombardirlər yarışında 2-ci pillədə qərarlaşan Enes bu matçda qolvurmasa da, aktivinə məhsuldar ötürmə yazdı. Bu oyuna qədər ''Xetafe'' bu mövsüm böyük beşlikdə səfərdə qələbəsi olmayan iki komandadan biridi. Əvvəlki 16 səfər oyunundan 7 heç-heçə, 9 məğlubiyyətlə ayrılan komanda nəhayət, 17-ci görüşdə tilsimi qırdı. İndi ''böyük beşlik'' də rəqib meydanlarında qələbəsi olmayan yeganə komanda Almaniya çempionatının sonuncu pilləsində qərarlaşan ''Qroyter''di.

ƏLİ RAUFOĞLU