"Neftçi" millinin üzvünü transfer etmək istədi, amma...

1.08.2022 13:41 2 427
Premyer-liqa / Günün xəbəri
21 yaşadək Azərbaycan millisinin üzvü Emil Mustafayev karyerasını premyer-liqada davam etdirə bilərmiş.

Football-plus.az
xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ilə "Neftçi" yaxından maraqlanıb. Flaqman futbolçu üçün "Aleksandriya"ya rəsmi təklif də göndərib. Lakin Emil karyerasını ölkə xaricində davam etdirmək istədiyini bildirərək keçiddən imtina edib.

Qeyd edək ki, futbolçunun 2023-cü ilə qədər "Aleksandriya" ilə müqaviləsi var.

İLKİN SULTANLI