Mahir Emreli "Ludoqorest"lə matçda iştirak edə bilməyəcək

31.07.2022 11:41 2 183
Dünya futbolu
Mahir Emreli yenidən zədələnib.

Football-plus.az
xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı məlumat yayıb. 24 yaşlı forvard çempionatın 3-cü turunun "İstra 1961" ilə matçından (4:1) sonra əvvəlki zədəsini yeniləyib.

Azərbaycan millisinin üzvü bu səbəbdən Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin "Ludoqorets"lə (Bolqarıstan) ilk oyununu buraxacağı bildirilir.

Mahirin yaşıl meydanlardan uzaq qalacağı müddət açıqlanmayıb.