"Football-plus.az" xəbər verir ki, 52 yaşlı mütəxəssis bu durumdan istifadə edib Premyer Liqada daha uğurlu çıxış edərək, qitənin ən nüfuzlu klub turnirinə qayıdacaqlarını deyib:
"Mançester Yunayted" klubu olaraq yeni mövsümdə Çempionlar Liqasında yer almayacağıq. Bu, həm mənin üçün, həm də klub üçün aclnacaqlı vəziyyətdi. Həqiqətən də o atmosfer üçün darıxacağam, Ancaq müsbət tərəfdən baxsaq, premyer-liqaya daha çox köklənə biləcəyik. Bunun sayəsində də yenidən Çempionlar Liqasına qayıdacağıq".
Qeyd edək ki, Erik ten Haq "Mançester yunayted"lə 3 illik müqavilə imzalayıb. Niderlandlı mütəxəssisin sözləşməsində yer alan maddəyə görə komanda növbəti mövsümdə Premyer Liqanı ilk dörd pillədən birində başa vurub ÇL-ə vəsiqə əldə etsə, o, 3,5 milyon avro bonus qazanacaq.




